İran

İran Şotlandiyadakı seçkilərə təsir göstərməyə çalışır

İran ictimai şəbəkələrdə yanlış bilgilər yaymaqla İskatlənddə keçiriləcək parlıman seçkilərinə təsir göstərməyə çalışır. Bu addımlar seçki nəticələrini İngilistandan ayrılmaq istəyən parti ilə hizblərin xeyrinə dəyişmək məqsədi daşıyır. Bu barədə “Scotland Times” qəzeti məlumat yayıb. Qəzetin yadığına görə, Britaniyanın “Cekson” Hünər Düşüncə Mərkəzinin uzmanları məsələ ilə bağlı araşdırma aparıblar. Araşdırma zamanı İran üçün işləyən sayberi uzmanların feysbuk ilə tuiterdə saxta hesablar açdıqları bəlli olub. Məlumata görə, Tehrandan ictimai şəbəkə hesabları açan və sanki İskatlənddə yaşadıqlarını göstərməyə çalışan şəxslər bu ölkənin Britaniyadan ayrılmasına təşviq edirlər. Eləcə də internet istifadəçilərini aldatmaq məqsədilə çeşidli veb saytlar istifadəyə verilib. Araşdırmada İranın bu kimi fəaliyyətləri İngilistanın bütövlüyünə qarşı atılan addımlar kimi qiymətləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button