Bölgəİran

İran Suriyada və Əraqdakı yaraqlılarına “insansız uçaqla hücum təlimi” keçir

“Əl-Halnet” xəbər saytının verdiyi bilgiyə görə, İran Suriya və Əraqda dəstəklədiyi qüvvələrini partlayıcı insansız uçaqlardan istifadə etmək üçün hazırlayır.

“Əl-Halnet” xəbər saytının verdiyi bilgiyə görə, İran Suriya və Əraqda dəstəklədiyi qüvvələrini partlayıcı insansız uçaqlardan istifadə etmək üçün hazırlayır. “Zaman əl-Vusul” saytı da yazır ki, İran Palmira şəhərində yeni qüvvələr cəlb edir. Onlar Kərbəlada nizami təlimlər keçdikləri halda 400 dolar aylıq maaş alacaqlar. Habelə bu yaxınlarda İsrailə aid bir internet saytı Kərbəla səhrasında yerləşən Qüds Qüvvələrinin təlim mərkəzinin görüntülərini yayımlayıb. Bildirək ki, Amerikanın Müdafiə Baxanlığının yetkililəri indiyədək dəfələrlə İranın niyabəti qruplarının Amerikanın Əraq və Suriyadakı nizami payqahlarına insansız uçaqlarla hücumlarının artmasından narahatlıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button