İran

Kəndlərə etinasızlıq, köçməni sürətləndirib.

Taliqan, Savucbulaq və Nəzərabad əhalisinin Məclisdə nümayəndəsi Əli Həddadi: “müxtəlif əmtəələrin qiymətinin artması xalqı çətinliyə salır

Taliqan, Savucbulaq və Nəzərabad əhalisinin Məclisdə nümayəndəsi Əli Həddadi: “müxtəlif əmtəələrin qiymətinin artması xalqı çətinliyə salır. Cumhur başqanı və dövlət heyətindən ciddi tələb budur ki, xalqın sıralarında olaraq camiənin müşküllətini yaxından görüb bəlli etsinlər.”. Həddadi, Kərəcdə müsahibəsində habelə deyib: “On Üçüncü dövlətdən gözlənti budur ki, mövcud məsələləri bəlli etməklə, bütün müşkülləri önəmliyi əsasında üstün tutmalı və onlara baxılması üçün bərnamə cızma müəllifələrini bəlli etməlidir. Fəsada qarşı mübarizə, Mücriyyə Qüvvəsi olaraq dövlətin ən başlıca fəaliyyəti kimi olmalıdır. Bugün ciddi bir məsələ əhalinin kəndlərdən şəhərlərə köçməsidir. Bu müşkülün dəlili kəndlərə ciddi yanaşmamaq və altquruluşlarının təmin olunmamasıdır. Cahad Kişavərzi, Məskən Bünyadı və Təbii Qaynaqlar kimi qurumlar xalqın yanında olmalı və onların müşküllərini dinləməlidir. Bununla da şəhrlərdən kəndlərə əks köçmə oluşar. Ölkənin kənd quruluşuna, özəlliklə də yoxsul və imkanlardan və əkində çevrmə sənayesindən geri qalmış ucqar bölgələrə diqqət ayrılmalıdır. Daxili tolid himayə olunmalıdır, bununla da yeni işlə məşğulluqla iş sübatı və əmniyyəti yaranar.”

Related Articles

Bir cavab yazın

Back to top button