İran

İRAN SURİYADAN GERİ ÇƏKİLİR?

İsrail ordusu, Sipahın Qüds qüvvələrinin İranda iqtisadi böhran, artan ictimai narazılıq və koronavirusun yayılmasına görə Suriyadan geri çəkildiyini, ancaq bunu hissolunmaz və eyni zamanda danılmaz şəkildə etdiyini iddia edir.
Associated Press-in verdiyi məlumata görə, İsrail ordusu, 1 xordad, cümə axşamı günü jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Qüds qüvvələrinin Suriyadan hiss olunmayacaq şəkildə geri çəkildiyini bildirib.
İsrailin nizami məqamı, Qüds qüvvələrinin iş tərzini belə təsvir edib: “Suriyadan getdikcə uzaqlaşaraq bir yerdən başqasına geri çəkilir və etdiyi hər bir hərəkət zamanı isə qüvvələrinin sayını azaldır”.
İsrailin nizami məqamının sözlərinə görə, bu hərəkətlərin həcmi böyük deyil və gözə gəlmir, ancaq eyni zamanda danılmazdır.
İsrail ordusu, bu nəticələri meydan təhqiqatı əsasında əldə etdiyini iddia edir. Həmin mətbuat konfransı da, Associated Press-in verdiyi məlumata görə, qeyd olunan araşdırmaların nəticələrini bölüşmək hədəfilə keçirilib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close