AzərbaycanDünya

Soltan Məmmədov: Avronest PA öz məqsədlərindən kənara çıxır

Avronest Parlament Assambleyası təsis olunmasına dair aktın əsas prinsiplərində biri əməkdaşlığa təkan vermək idi. Lakin biz bu gün Avronest Parlament Assambleyasının öz məqsədlərindən kənara çıxdığını müşahidə edirik.

Bu sözləri Avronest Parlament Assambleyasının 11-ci növbədənkənar sessiyasının ikinci işçi iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov deyib.

O, qeyd edib ki, Sosial Komitədən təqdim olunmuş hesabata dair səsvermənin nəticələri “Şərq tərəfdaşlığı” proqramının iştirakçıları arasında sülhə, əməkdaşlığa deyil, əksinə düşmənçilik toxumlarını yenidən cücərtməyə xidmət edir.

Soltan Məmmədov qeyd edib ki, Avronest PA tərəfsiz olmalı və bütün üzvlərinin bərbərhüquqluğunu qəbul etməlidir: “Biz azərbaycanlı qaçqınların məsələsinin sənəddə əksini tapmasını təklif etmişdik. Onları yardım göstərilməsi təklif olunan digər Şərq tərəfdaşlığı ölkələrindəki qaçqınlardan fərqləndirən nədir?”.

Deputat qeyd edib ki, Azərbaycan nümayəndə heyəti sülh kontekstindən kənara çıxan, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində təşəbbüslərlə ziddiyyət təşkil edən hesabatın əleyhinə səs verəcək.

Related Articles

Bir cavab yazın

Back to top button