İran

İran Suriyanın mərkəzi bölgələrində Rusiya qüvvələrini əvəz edir

Suriya İnsan Haqlarının Monitorinq Təşkilatı xəbər verir ki, İran Suriyadakı Rusiya qüvvələrinin Ukrayna müharibəsinə ezam edilməsindən istifadə edərək, bu ölkənin mərkəzi bölgələrində, xüsusən Həma vilayətinin cənubunda öz təsirini artırmağa başlayıb.

Mərkəzin aprelin 16-da verdiyi məlumata görə, Suriya ordusunun 47-ci briqadasının Həma vilayətinin cənubundakı “Cəbəl Mə’reyn” bölgəsində yerləşən bazası tamamilə SEPAH-ın Qüds qüvvələrinin ixtiyarına verilib.

Məlumata görə, sözügedən baza İrana bağlı qüvvələrin cəlb edilməsi və təlimi mərkəzinə çevrilib və son vaxtlarda bura strateji silahların və çox sayda qüvvələrin gətirilməsi müşahidə edilir

Related Articles

Bir cavab yazın

Back to top button