İran

İran təhlükəsizlik məmurları daha bir bəluçu güllələdi

Bəluç fəallar və insan haqları təşkilatı üç bəluçun güllələnməsi barədə məlumat yayıblar.

İnsan haqları təşkilatları və bəluç fəallar İranın Sistan və Bəluçistan əyalətində daha üç bəluçun güllələnərək öldürüldüyü barədə məlumat yayıblar.

Onların bildirdiyinə görə, cümə günü martın 11-də Sistan və Bəluçistan əyalətinin Minab şəhərinin Səndərək bölgəsində İran təhlükəsizlik məmurları Əlirza Rüstəmi adlı bəluça bir başa atəş açaraq qətlə yetiriblər.

Bəluç yeniyetmənin qanunsuz yanacaq alveri ilə məşğul olduğu üçün məmurlar tərəfindən öldürüldüyü qeyd olunur.

Bundan iki gün öncə isə Bilal İcbari və Möhsün İcbari adlı iki gənc Qadirabad kəndi yaxınlığında güllələnərək öldürülmüşdür.

Fəalların verdiyi məlumata görə, öldürülən şəxslər narkotik qaçaqmalçılığında şübhəli biliniblər və təhlükəsizlik qüvvələri şübhəli şəxslərə xəbərdarlıqsız atəş açıblar.

Öldürüldükdən sonra onların ətrafında axtarış aparılıb və qətlə yetirilən şəxlsərin üzərindən narkotik maddələr tapılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button