İran

İran Təhsil Nazirliyi iranlı öyrəncilərin Türkiyədə təhsil üçün türkcə imtahan vermələrinə qarşı çıxıb

Nazirlik Türkiyədə oxumaq üçün iranlı öyrəncilərin türk dilində imtahan vermələrinin qanunsuz olduğunu iddia edib.

İran Təhsil Nazirliyi türkiyə Universitetlərində oxumaq üçün iranlı öyrəncilərin türk dilində sınaq imtahanları vermələrinə qarşı çıxıb və bunu dayandırmağa çağırıb.

Nazirlik bir sıra xarici özəl qurumların qanuni icazələri olmadan xaricdə təhsil almaq üçün iranlı öyrənciləri cəlb etdiklərini iddia edir.

İran Təhsil Nazirliyinin reaksiyası “Anadaolo” xəbər agentliyinin iyunun 6-da bir qrup iranlı öyrəncinin Türkiyədə ali məktəb təqaüdü almaq üçün imtahan verməsi barədə yaydığı məlumatından sonraya təsadüf edir.

“Anadaolo” xəbər agentliyinin yazdığına görə, İranın Sistan-Bəlucistan və Gülüstan əyalətləri kimi məhrum və ucqar bölgələrindən olan bu öyrəncilərin əksəriyyəti imtahan verərək Türkiyənin İmam Xətib liseyində təhsil almaq üçün ərizə veriblər.
Bununla bağlı Beynəlxalq Əlaqələr və Xaricdə Məktəblər Mərkəzinin rəhbəri Mehdi Fəyyazi iyunun 9-da İran Xarici İşlər Nazirliyinə məktub yazıb.

“Son zamanlar bəzi xarici özəl qurumlar iranlı öyrənciləri təhsilə cəlb edir və qeydiyyata alırlar. Onların çoxunun təhsil fəaliyyəti üçün qanuni lisenziyaları olmadan xarici məktəblərdə oxutmaq üçün öyrənci və şagird yığırlar”-deyə, Fəyyazi bildirib.

O, bunun Əli xaməneyinin göstəriş və tövsiyələrinə zidd olduğunu deyib və Türkiyənin “Yunis İmrə” fondunun İranın müxtəlif bölgələrində öyrənci və şagirdləri “aldadaraq” tehrana çağırdığını, ən istedadlılarını seçərək Türkiyəyə göndərib və təqaüd verdiyini iddia edib.

Fəyyazi İran Xarici İşlər Nazirliyindən Türkiyə hökumətinənin bu işinə reaksiya verməsini və iranlı öyrəncilərin Türkiyədə təhsilə cəlb olunmalarını dayandırmasını istəyib.

İranın Mühacirət Mərkəzi 2020-ci ildə dərc etdiyi hesabatda Türkiyədə iranlı öyrəncilərin sayının 2013-cü ildən bəri təxminən 1300 faiz artdığını və 2017-ci ildə 6000-dən çox öyrənciyə çatdığını açıqlayıb.

Qeyd edək ki, bundan öncə İranın müxtəif əyalətlərində, özəlliklə Qərbi Azərbaycan əyalətində Türkiyədə təhsillə bağlı reklam lövhələri və banerlərinin çoxalması ilə bağlı rəsmilər narahatlıqlarını bildirmişdilər.

Özəlliklə İran İnqilab keşikçiləri Korpusunun rəhbərliyində təmsil olunan şəxslər bunu “mədəni hücum” adlandırıb və türk dilində, latın əlifbasında yazılan təhsil reklamlarının yığışdırılmasını istəmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button