İran

İran tərəfindən terrorçuların mövqelərinə artilleriya hücumu edilib

Quzey Batı mərzindən uzaqda yerləşən terorçuların mövqeləri top mərmiləri ilə vurulub. Bu barədə Mərkəzi Urmuda yerləşən Sipah qüvvəsinin Həmzə Seyyidulşuhəda qərargahı açıqlama verib. Məlumata görə, terrorçulara ciddi xəsarət yetirilib. Bu açıqlamada hədəf alınan yerlərin Türkiyə və ya İraq topraqlarında olması qeyd edilməyib. Bildirək ki, çox zaman Qərbi Azərbaycan ustanında PJAK və Kürdistan Demokrat Partisi kimi örgütlər terror aktı törədirlər. Belə ki, cümə axşamı Qərbi Azərbaycanın Türkiyə mərzinə, habelə Tərgəvər bölgəsinə bir qrup terorçunun hücumu nəticəsində 3 İran əsgəri öldürülüb. Həmin olayda 2 əsgərin də yaralandığı bəlli olub. Sosial şəbəkələrdə yayımlanan görüntülər ölən əsgərlərin türk olduğunu göstərir. Qeyd edək ki, illərdir Qərbi Azərbaycan ustanının İraq və Türkiyə mərz bölgələrində terror olayları yaşanır. Təkcə bu il baş verən terror olaylarında 25 İran əsgərinin öldürüldüyü bilgisi var.

Related Articles

Bir cavab yazın

Back to top button