İran

İran təyyarəsi Argentinada saxlanıldı: Ekipaj üzvləri SEPAH-la əlaqədə şübhəli bilinir

Argentina hökuməti İranın "MAHAN" aviaşirkətinə məxsus təyyarəni 5 ekipaj üzvü ilə birgə ölkənin Esisa şəhər hava limanında saxlayıb. Ekipaj üzvlərindən bəziləri SEPAH-ın Qüds qanadı ilə əlaqədə şübhəli bilinir.

Argentinanın Təhlükəsizlik naziri Anibal Fernandez bu haqda öz Tvitter hesabında yazıb: “Hökumət Amerikanın sanksiyaya məruz qoyduğu Venesuelaya məxsus təyyarəyə əl qoyub. İran vətəndaşları olan beş ekipaj üzvünün də pasportu müsadirə olunub”.

Argentina mətbuatının məlumatına görə, sözügedən təyyarə bu ilin fevral ayından nəzarətdə olub.

Related Articles

Bir cavab yazın

Back to top button