İran

İran Talibanla əlaqələri bərpa edir

Bununla ilgili Məşhəddən Kabula ilk ticarət uçağı uçuş edib

İran, Talibanın yenidən hakimiyyətə gəlməsindən sonra Əfqanıstana ilk ticarət uçuşunu gerçəkləşdirib.

Bu haqda İran mətbuatı məlumat yayıb.

Bildirilir ki, Məşhəd hava limanından ötən gün səhər çağı “çarter” uçuşu ilə yola düşən “Mahan Air” uçağı Kabul hava limanına enib.

Bildirək ki, İran hökuməti Taliban qrupunu nizami və siyasi cəhətdən dəstəkləyən əsas dövlət idi. Ötən illərdə dəfələrlə Talibanın silah anbarlarından İranda düzəlmiş silah-mühimmat və partlayıcı maddələr tapılmişdi. Bundan başqa, son illər Tehran hökumətinin məqamları dönələrlə Talibana açıq- aydın siyasi dəstək göstərmişdilər.

Bununla da aydın olur ki, İran hökuməti harda teror və insanlıq düşməni varsa, öz hədəfləri üçün onların yanında yer alır.

Qeyd edək ki, Taliban birinci dəfə əfqanistanda hakimiyyəti ələ alarkən İran diplomatlarını Məzarşərifdə  güllələmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button