Azərbaycanİran

İran televizyaları Zəngəzur dəhlizi ilə bağlı verilişlər artıb

İranlı diplomat və ekspertlər Zəngəzur dəhlizinin hüquqi əsası olmadığını iddia edirlər

Xüsusilə son həftələr İran mediasında Azərbaycan Respublikası ilə bağlı davamlı məlumatlar yayılır, Zəngəzur dəhlizi barədə təhlillər verilir.

Media və televizya kanallarına dəvət olunan iranlı diplomat və ekspertlə Zəngəzur dəhlizi adınıın işlədilməsini yanlış adlandır, buna “sionizm, NATO, Turan dəhlizi” deyilməsini məsləhət görürlər.

İran televizyasında bu qəbildən olan verilişlərdən birində eksper kimi çıxış edən Əhməd Kazimi Zəngəzur dəhlizi adının Azərbaycan prezidenti tərəfindən irəli sürüldüyünü və bunun heç bir hüquqi əsası olmadığını iddia edib.

O, “Sürəyya” verilişində Zəngəzur dəhlizinin bəhanə olduğunu, Azərbaycanın bu vasitə ilə Ermənistann cənub bölgəsini işğal etməyə hazırlaşdığını və İranın parçalanmasına hazırlıq görüldüyünü deyib.

Kazimi, İran mediasını tənqid edərək onların Zəngəzur dəhlizi ifadəsini işlətməklə Azərbaycanın Ermənistan və İrana qarşı planlarına xidmət etdiklərini söyləyib.

“İran rəsmiləri diqqət etməlidirlər, ən böyük yanlışlıq Zəngəzur dəhlizinin yalnız bir tranzit yolu kimi başa düşülməsi olub. Yox, bu belə deyil və Zəngəzur dəhlizi İranın parçalanmasının kod adıdır”-deyə, iranlı ekspert daha ayıq olmaları üçün Tehran hökumətinə xəbərdarlıq edib.

O, bu dəhlizə NATO-nun Turan dəhlizi dəhlizi adının verilməsinin daha doğru olduğunu, bunun arxasında İngiltərə yəhudilərinin durduğunu iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button