İran

Tehranda sərnişin təyyarəsində yanğın olub

İranın paytaxtı Tehran şəhərinin Mehrabad aeroportunda "Aseman" hava yollarına məxsus "Fokker 100" tipli təyyarədə yanğın baş verib.

“İRNA” xəbər agentliyinin verdiyi məlumata görə, yanğın sentyabrın 19-u səhər saat 5-də Tehran-Buşehr reysi ilə uçmağa hazırlaşan təyyarənin mühərrikində baş verib.

Sərnişinlər təyyarənin göyərtəsində olarkən mühərrik partlayıb və yanğın başlayıb.

Yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yanğının söndürüldüyü və sərnişinlərdən zərərçəkən olmadığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button