İran

“İRAN TERRORÇULUĞA HİMAYƏTİ XALQIN SAĞLAMLIĞINDAN ÜSTÜN TUTUR”

Amerikanın Milli Əmniyət Şurası cümə günü Sipahın Qüds Qüvvələri ilə əlbir olan şirkətlərdən birinə qarşı təhrimlərin icra edilməsi barədə danışıb. Qurum öz Tvitter səhifəsində bildirib: “Dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda, İran rejimi və tərəfdarları terrorçuluğa himayəti İran xalqının sağlamlığından üstün tutur”.

Xatırladaq ki, Amerikanın Xəzanədarlıq Vəzirliyi ordibeheştin 12-də Əmir Diyanət adlı iranlı-iraqlı iş adamına və onun idarə etdiyi şirkətə Sipahın Qüds Qüvvələri ilə həmkarlıq etmək ittihamı ilə təhrimlər qoyub.
Amerikanın Xəzanədarlıq Vəzirliyinin məlumatına görə, Diyanət uzun illərdir Sipahın Qüds Qüvvələrinin qanunsuz gəlir əldə etməklə bağlı fəaliyyətinə, habelə xarici ölkələrə silah qaçağı əməliyyatlarını himayət edir.
Bu vəzirlik açıqlamasında, Diyanətin və Taif Mining Services LLC şirkətinin Amerikadakı daarayilərinin dondurulduğunu bildirib.
Amerikanın Xəzanədarlıq Vəzirliyi, habelə “Taif”in Sipahın Qüds Qüvvələrinin mənafelərinə xidmət edən suri bir şirkət olduğunu artırıb. Açıqlamada deyilir ki, Diyanət Sipahın Qüds Qüvvələrinin üzvləri, o cümlədən Bəhmən Şəhriyari və Rüstəm Qasemi ilə irtibatda və əlbir olub.

Related Articles

Bir cavab yazın

Back to top button