İran

İran-Türkiyə dəmir yolu layihəsi baş tutmayaca

İranın Makı, Çaldıran, Şot və Poldəşt Millət vəkili ölkənin dəmir yolu xəttinin Türkiyə dəmir yoluna bağlanma projəsi təhqiqatının dayandığını açıqlayıb. Səbəb kimi iqtisadi vəziyyətin çətinliyi qeyd olunub. Belə ki, Bazərqan-Makı və Culfa dəmir yolunun Türkiyənin Trabzon bəndəri , habelə Asiya- Avropa arasında önəmli xət olması planlanırdı. Bu fikir iki ölkənin məqamları tərəfindən düşünülüb. Məhəmməd Əlipurun sözlərinə görə, dəmir yolu xəttinin harada başalıyıb harada bitəcəyi projənin araşdırması başa çatdıqdan sonra bəlli olacaqdı. O, həmçinin bu projəyə yetərincə budcə verilmədiyindən də şikayət edib. “Damcı damcı budcə verildiyinə görə projə başlasaydı da açılışı uzun illər sürərdi ” deyə vurğulayıb. Məlumata görə, İranda iqtisadi vəziyətin çətinliyinə görə projənin araşdırmaları illərcə gecikib. İndi isə tamamilə durdurulub. Millət vəkili bildirib ki, projənin tamamlanması Qərbi Azərbaycan iqtisadının inkişafı üçün yaxşı addım ola bilərdi.

Related Articles

Bir cavab yazın

Back to top button