İran

İran-Türkiyə sərhədində silahlı insident olub

İran-Türkiyə sınırında “Sepah” qüvvələri ilə tanınmaz yaraqlı dəstə arasında silahlı qarşıdurma olub. Məsələ ilə bağlı “Sepah”ın Həmzə qərargahı məlumat yayıb. Hadisə nəticəsində 2 bəsici və başqa 7 nəfər öldürülüb. Açıqlamaya görə, bilinməyən şəxslər İrana daxil olmağa çalışıblar. Qeyd edək ki, İran mediaları ötən ilin abanında ölkənin quzey-batı sınırlarında terorçu qüvvələr tərəfindən 3 sınır əsgərinin öldüyünü elan ediblər.
Qarşıdurmalar ümumiyyətlə Batı Azərbaycan və Kürdüstan vilayətlərində İranla müxalif silahlı qruplar, o cümlədən İran Kürdüstan Demokratik Partiyası və Kürdüstan Azad Həyat Partiyasının üzvləri ilə baş verir.
Artırmalıyıq ki, “Həmzeye Seyyidüş-Şühəda” qərargahı İranın batı sınırlarında, Batı Azərbaycan, Kürdüstan və Kirmanşah əyalətlərində əmniyyətin təmin edilməsinə məsuldur.

Related Articles

Bir cavab yazın

Back to top button