Azərbaycanİran

İran uşaqların dili ilə Azərbaycanı HƏDƏLƏDİ

İranın SEPAH radikal "Bəsic" qüvvələrinin uşaq üzvləri vasitəsilə Xudafərindən Azərbaycanı hədələyən video-çarx nümayiş etdiriblər.

görüntülərdə İran bayrağı daşıyan hərbi formalı uşaqların Xudafərin körpüsünün yanından addımladığı əks olunub. Bayrağın üzərində isə “Qüdsə gedən yol” yazılıb. Molla rejimi artıq bir müddət öncə də Qüdsə gedən yolun Bakıdan keçdiyi haqda hədə gəlmişdi.

Azyaşlı uşaqlar Xudafərin körpüsünün kənarından Azərbaycana işarə edərək hədə dolu hərbi marş oxuyublar:

“Yolundan çox azma,

Əlinlə qəbrini qazma!

Edir İran elan,

Bunu bilsin Azərbaycan!” (Ednews)

 

 

Related Articles

Bir cavab yazın

Back to top button