Dünya

İran üzərindən uçuşlar təhlükəlidir?!

Avropa hava Əmniyyət Ajansı İranın hava hücumundan difa sistemlərinin fəal olduğunu bildirib. Bu səbəbdən uçaqların bu ölkənin hava məkanından uçuşlarının təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.
Bu barədə ajansın saytında yerləşdirilən məlumatda bildirilib.
Qeyd edilib ki, İran mülki hava orqanları ilə nizami fərmandarlıq arasında qarşılıqlı həmahəngin zəif olması səbəbindən uçağın düşmən hədəfi kimi qəbul edilmə ehtimalı var.
Avropa Hava Əmniyyət Ajansının xəbərdarlığı 16 jənviyyə 2021-ci ilədək qüvvədə olacağı bildirilib.
Məlumatda, həmçinin, bu ilin jənviyyə ayının 8-də Ukrayn Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” müsafir uşağının İran hava hücumundan difa sistemi tərəfindən Tehranın yaxınlığında təsadüfən vurulması nümunə kimi xatırladılıb.

Related Articles

Bir cavab yazın

Back to top button