Araşdırma & Təhlilİran

İran və Türkiyə münasibətlərinin son durumu

İran və Türkiyə münasibətləri günlərdir gərgin yöndə irəliləyir. Ən son gərginlik fevriyənin 23-də İranın İraqdakı səfiri İrəc Məscidinin “Rudaw” media qrupuna verdiyi müsahibəsi ilə bağlı yaşanıb. Belə ki, Məscidi Türkiyənin İraqın quzeyində apardığı antiterror əməliyyatlarının bu ölkənin əmniyyətini pozduğunu iddia edib. Türkiyənin Bağdaddakı səfiri Fateh Yıldız iranlı həmkarının bu fikirlərinə sərt təpki göstərib. “Bu mövzuda söz deyəcək ən son ölkə İran olmalıdır”,-deyə o, vurğulayıb. Bundan başqa, İranın Ankaradı səfiri Məhəmməd Ferazmənd Məscidinin açıqlamaları ilə ilgili Türkiyə Xarici İşlər Vəzirliyinə çağırıldı. Vəzirlik rəsmisi İran səfirinə terrorla mübarizədə ölkəsinin Türkiyənin qarşısında deyil, yanında olmasını gözlədiklərini çatdırdı. İki ölkə arasındakı qarşıdurma media orqanlarında da davam etdirildi. İranın Xarici İşlər Vəzirliyinə yaxınlığı ilə tanınan “Etimad” qəzeti Türkiyədəki müxalif siyasətçilərə əsaslanaraq bir xəbər paylaşdı. Xəbərdə yenidən kudita ola biləcəyi sözü təkrarlandı. Özlərini müxalif kimi təqdim edən və Avropa ölkələrində yayımlanan fars kanalları da Türkiyəyə qarşı ciddi təbliğata başladılar və PKK-nı difa etdilər. Bu propaqanda savaşında hər səfərində olduğu kimi yenə Türkiyə haqlı olduğu halda haqsız duruma düşdü və ya ən azından özünü müdafiə edə bilmədi. Bildirək ki, PKK məsələsi Tehran və Ankaradan başqa, Güney Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Siyasi məsələlərə diqqət yetirdikdə İkinci Qarabağ savaşını İran Xarici İşlər Vəzirliyinin son dönəmlərdəki ən böyük məğlubiyyəti adlandıra bilərik. Rəsmi Tehran Qarabağın işğalda saxlanıldığı illərdə hər zaman Ermənistanın yanında yer aldı və son savaşda da işğalın davam etməsini istəyirdi. Ancaq savaş və diplomatiya alanında Azərbaycanın başarı qazanması İranın stratejisini zəiflətdi. Özəlliklə Güney Azərbaycanın Ermənistana edilən yardımlara etiraz səsini ucaltması İranın durumunu daha da çətinləşdirdi. Güney Azərbaycan faktoru inkar edilməsinə baxmayaraq, son dönəmlərdə İran və bölgədə ən önəmli qonu halına gəldi. Yaşanalar Azərbaycanın quzey və güneydə güc qazanmasına şərait yaratdı. Türkiyənin də İranın qarşısında yer alması onun bölgədəki nüfuzunu daha da zəiflətdi. Beləliklə, İran Azərbaycanın iradəsinə məğlub oldu. İran Xarici İşlər Vəzirliyində təsirli olan “İranşəhri” düşüncəsi və fars faşizmi bu məğlubiyyəti qəbullana bilmədi. Buna görə də hər fürsətdən istifadə etməyə çalışdılar. İlk gündən bəri Qarabağda Türkiyənin gətirdiyi terrorçuların olduğunu iddia etdilər və Azərbaycan ordusunun zəfərinə kölgə salmağa çalışdılar.
Bu kimi addımların ən son nümünəsi İranın “Mehr” xəbər ajansı jurnalistinin Azərbaycan Cümhuriyyətinin prezidenti İlham Əliyevə ünvanladığı sual oldu. Beləliklə, Tehran bir daha öz siyasət xəttini göstərdi. İran İraqda Türkiyə ilə rəqabət aparmağa başladı.
Hətta Tehran bu rəqabəti Sincarda PKK-nı qorumağa qədər irəlilətdi.
Qeyd edək ki, Sincar bölgəsi İran üçün son dərəcə önəmlidir. Çünki İranın bu bölgədən Suriyaya çıxışı var. “Həşd-Şəəbi” kimi silahlılar da Sincarda fəaliyyət göstərirlər. Bildirək ki, İran uzun illərdir Türkiyəyə qarşı PKK terrorçularından istifadə etməyə çalışır. Buna görə də Türkiyənin Sincara daxil olması və PKK-ya qarşı mübarizə aparması ehtimalı İranı təşvişə salır. Bu arada ötən həftə İrana bağlı “Həşd-Şəəbi” yaraqlıları Sincarda Türkiyəyə qarşı savaşacaqlarını açıqlayıblar.
Ancaq hər şeydən önəmli və sansur edilən əsas məsələ Batı Azərbaycan mövzusudur. Belə ki, İran hər zaman terrorla mübarizə adı altında Türkiyə mərzi və Batı Azərbaycanda PJAK kimi teror örgütlərinə yer açır. Vurğulayaq ki, Türkiyə və İran arasında yaranan bu gərginliyin əsas qonusu Güney Azərbaycandır. Çünki PKK kimi quvvələr Türkiyə ilə mübarizə apara bilmədikləri vaxt Batı Azərbaycanda qan tökürlər. Bu addımlar Tehranın terorçuları təmin etdiyi imkanlar sayəsində baş tutur və son dərəcə ciddi bir təhlükədir.

Related Articles

Bir cavab yazın

Back to top button