AzərbaycanBölgəİqtisadiyyatİran

İran və Azərbaycan iri nəqliyyat layihələrinə hazırlaşır

İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami və Azərbaycanın nəqliyyat, əlaqə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ikitərəfli iqtisadi əməkdaşlığa və birgə yol layihələrinin reallaşdırılmasına aid məsələləri müzakirə ediblər.

Aznews.tv xəbər verir ki, iranlı nazir görüşdə Azərbaycan və İran Astaraları arasında avtostradanın, həmçinin birgə sərhəd körpüsünün və Azərbaycan yollarının İranın Rəşt-Astara layihəsinə qoşulması üçün yeni yük terminalının tikilməsini müzakirə ediblər.

M.Eslami Azərbaycan və İran arasında mövcud olan sıx, səmimi və strateji münasibətlərdən məmnun olduğunu bildirib.

Tehranda keçiriləcək Azərbaycan və İranın Birgə nəqliyyat komitəsinə toxunaraq, Eslami bu tədbirin nəqliyyat əlaqələrinin inkişafının önündə duran maneələri aşmaq üçün yaxçşı fürsət olduğunu qeyd edib.

Bundan əlavə, iranlı nazir Astara-Astara layihəsinin vacibliyini də vurğulayıb.

Öz növbəsində, R.Quluzadə Azərbaycanın İranla i9qtisadi və ticari əlaqələrin yaxşılaşması üçün səylərini əsirgəməyəcəyini deyib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button