İran

İran və Ermənistan Araz çayının çirklənməsi ilə bağlı müzakirələr aparıb

İranın Enerji vəziri Riza Ərdəkanian Ermənistanın İqtisadiyyat vəziri Vahan Kerobyanla görüşüb. Tehranda baş tutmuş görüşdə tərəflər bölgədəki son durumu və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İranın Enerji vəziri ikitərəfli ilgilərin gəlişməsindən, habelə Araz çayının çirklənməsi problemindən söz açıb. Riza Ərdəkanianın sözlərinə görə, Ermənistan Araz çayının ekoloji çirklənməsi məsələsinə həssaslıqla yanaşmalı və bu yöndə lazımi tədbirlərin icrasını diqqətdə saxlamalıdır.
Bundan başqa, Riza Ərdəkanian ölkələrarası üçüncü elektrik xəttinin tamamlanması məsələsinə də münasibət bildirib. İran rəsmisi pandemi səbəbindən işlərin yarımçıq qaldığını, ancaq xəttin qısa zamanda istifadəyə veriləcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button