BölgəİranSiyasət

İran və Ermənistan fövqəladə hallarda köməkləşmək barədə razılaşdılar

İrəvanda baş tutan İran səfiri Kazem Səcandi və Ermənistanın fövqəladə hallar naziri Feliks Çolakyanın görüşü zamanı iki ölkənin fövqəladə hallar zamanı bir-birinə kömək etməsi haqda razılıq əldə olunub.

Aznews.tv xəbər verir ki, həmçinin tərəflər iki ölkənin bu istiqamətdəki orqanlarının əməkdaşlığının perspektivləri barədə müzakirə aparıblar.

Bundan əlavə, fövqəladə hallar sahəsində Ermənistanın Fövqəladə Hallar Nazirliyi və İranın Qızıl Aypara cəmiyyətinin birgə təlimlər keçirməsinin mümkünlüyü qeyd olunub.

Erməni nazir hal-hazırda ölkəsinin bir çox yerində müxtəlif dərəcəli və təhlükəli yanğınların oluşduğunu vurğulayıb.

Nazir həmçinin zərurət yarandıqda İrandan kömək istəyəcəyini əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button