BölgəİqtisadiyyatSiyasət

Ankara və Bağdad yeni neft kəmərinin tikintisini müzakirə edirlər

İraq və Türkiyə Aralıq dənizində yerləşən Ceyhan limanına Kərküklə birgə İraqın cənubunda yerləşən digər yataqlardan hasil olunan nefti nəql etməyə imkan verəcək yeni kəmərin tikilməsini müzakirə edirlər.

Aznews.tv xəbər verir ki, bu məsələ bu gün Bağdadda Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz və İraqın neft naziri Samir əl-Qadbanın iştirakı ilə keçən müzakirələrdə gündəmə gəlib.

Qeyd etmək lazımdır ki, təklifin təşəbüskarı qismində İraq çıxış edib.

Yeni kəmərin marşrutu Kərkükdən gələn köhnə kəmərlə parallel olaraq keçəcək.

Yeni kəmər Bəsrə-Akabe kəməri ilə birləşdiriləcək və bu İraq neftinin beynəlxalq bazarlarla çıxmasına imkan yaradacaq.

Bundan əlavə, rəsmi Bağdad həmçinin İraq və Türkiyə arasında elektrik xəttlərinin tikilməsini təklif edir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button