Dünyaİran

İran və Səudiyyə Ərəbistanı rəsmiləri görüşə bilər

“New York Times” qəzetinin açıqlamasına görə, İran ilə Səudi Ərəbistan yaxın zamanlarda səfirlər səviyyəsində danışıqlar aparacaq. Bildirək ki, İran Dış İşləri Baxanlığının sözçüsü Səid Xətibzadə fərvərdinin 30-da iki ölkə arasında danışıqları yaxşı qarşıladığını söyləyib. Ötən günlərdə Səudi Ərəbistan vəliəhdi Məhəmməd Binsəlman da İranla münasibətlər qurma tərəfdarı olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, bu iki ölkə məsullarının ötən həftələrdə İraqda görüşdükləri iddia edilib. Yayılan xəbərlərə görə, görüşdə İranın Yüksək Güvənlik Şürasının Rəisi Əli Şəmxani ilə Səudi Ərəbistanın İttilaat Baxanlığının rəisi Xalid Bin Əli Əlhəmidan iştirak edib. Ancaq hər iki ölkənin məsulları danışıqların aparılması xəbərini təyid etməyiblər. Artıraq ki, İran ilə Səudi Ərəbistan illərdir diplomatik ilgiləri kəsiblər. Ancaq son zamanlarda sözügedən ölkələrin Yəmən ilə Lübnan kimi mövzularla bağlı danışıqlar apardıqları bildirilir. İran Səudi Ərəbistanın torpaq bütövlüyünü hədəf alan husilərə dəstək verdiyini gizlətmir. Bu, Riyaz ilə Tehran arasında münasibətləri pozan başlıca müşkül kimi bilinir. İndi İranın bölgədə nüfuzunun azalmasından çəkindiyi üçün ərəb ölkələri ilə münasibətlərini düzəltməyə çalışdığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button