İran

İran və Taliban sərhədçiləri arasında silahlı qarşıdurma başlayıb

İranın Sistan-Bəluçistan əyalətinin Əfqanistanla sərhəddində yerləşən Hirmənd şəhərinin başçısı Meysəm Bərazəndə baş verən silahlı qarşıdurma zamanı insan tələfatının olmadığını deyib.

O, qarşıdurmanı “Taliban qüvvələrinin ran sərhəd postlarından birinə hücumundan sonra başladığı”nı iddia edib.

Silahlı insident iyulun 30-da Əfqanistan mediası İran sərhədçisi Məhəmməd Səyyadinin sərhəddə öldürüldüyü barədə məlumatlar yaymasından sonraya təsadüf edir.

Əfqanistan mediası İran sərhədçisinin öldürlüməsini o və başqa İran sərhədçilərinin sərhəddi pozaraq iki azyaşlı Əfqanistan vətəndaşını öldürmələrinə cavab olduğunu bildirib.

Qeyd edək ki, son aylar İran-Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.

Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun 5 hərbçisini əsir götürmüşdülər.

Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edib.

“Qonşu ölkələrin Əfqanıstan sərhədlərinə müdaxilə etmələrə dözməyəcəyik”-deyə, nazir bildirib.

 

Related Articles

Bir cavab yazın

Back to top button