Azərbaycanİran

Azərbaycan və İran Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatmasını müzakirə edib

Sərhəddə keçirilən iclasa Baş nazirin müavini Şahin Mustafayev, İran tərəfdən isə yol və şəhərsalma naziri Mehrdad Bazarpaş həmsədrlik ediblər.

Tərəflər Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriliyini qeyd ediblər.

Həmçinin “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su-elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatmaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Bu kommünike 17 iyul 2023-ci il tarixində İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və fars dillərində qəbul olunub.

Related Articles

Bir cavab yazın

Back to top button