Azərbaycan

İran vətəndaşlarinin təxliyəsi davam edir

Koronavirus səbəbi ilə sərhədlərin bağlanması nəticəsində Azərbaycanda qalan İran vətəndaşlarının ölkələrinə qayıtmaları həyata keçirilir. Bu gün 120 nəfərlik qrup İran-Azərbaycan sərhədini keçərək ölkəsinə gedib. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb. “İndiyədək 7 qrup şəklində 905 nəfər İran vətəndaşı ölkəsinə geri qayıdıb” deyə bildirilib. Xatırladaq ki, İran-Azərbaycan sərhədi mars ayından bağlanıb. Həmçinin iki ölkə arasında hava uçuşları da dayandırılıb. Qeyd edək ki, nəqliyyatın gediş-gəlişi üçün şərait yaradılıb, habelə yük daşımalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button