İran

İran xəstəxanalarında uşaqlar üçün nəzərdə tutulan intensiv terapiya (ICU) şöbələri tam dolub

"Aznews tv"xəbər verir ki, tibbi personal uşaqların da koronavirusa yoluxduğunu bildirirlər.

İranda koronavirusun 6-cı dalğasının yayılması ilə ölkə xəstəxanalarında yenidən yerlər dolub.

“Aznews tv”  xəbər verir ki, tibbi personal uşaqların da koronavirusa yoluxduğunu bildirirlər.

Tehranın “Mofid” xəstəxanasının infeksion xəstəliklər və koronavirus bölməsinin müdiri Abdullah Kərimi uşaqlar üçün nəzərdə tutulan bölmələrin dolduğunu deyib.

Onun sözlərinə görə, uşaqlar üçün olan intensiv terapiya şöbəsində yer, demək olar ki, yoxdur. Çünki uşaqların koronavirusa yoluxmadığını deyirdilər və buna görə orada yaşlıları yerləşdirirdilər. Halbuki omikron ştamına hazırda uşaqlar da yoluxur.

Qeyd edək ki, koronavirusun yayılması ilə İranın səhiyyə alanı iflic vəziyyətinə düşüb. Tez-tez ölkə xəstəxanalarında yer və dərman çatışmazlığına dair xəbər və görüntülər yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button