İran

İran Xəzər dənizində hərbi təlimlərə başladı

Bu gün İran İslam Respublikası Xəzər dənizində “Sabit Təhlükəsizlik 1401” adlı hərbi təlimlərə başlayıb.

Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Ölkənin Hərbi Dəniz Qüvvələri komandanının müavini Hamzeh Əli Kaviani İranın hər il Xəzər dənizində “Daimi Təhlükəsizlik” təlimləri keçirdiyini bildirib və əlavə edib ki, bu il təlimlərdə raket gəmiləri, helikopterlər və pilotsuz uçuş aparatları iştirak edir.

Hər il keçirilən hərbi təlimlərin məqsədi hərbi birləşmələr arasında qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaqdır. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button