Azərbaycan

Fəhlə təşkilatları və müxalif qurumlar azərbaycanlı etirazçılara dəstək verib

Süngün mis mədənində tətil aksiyası 5-ci gündür davam edir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədəninin işçilərinin tətil aksiyası 5-ci gündür davam edir.

Aksiyaçılara qarşı xüsusi təyinatlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində 8 mədənçinin həbs olunmasından sonra fəhlə təşkilatları və İran hökumətinə müxalif bir sıra qurumlar bəyanatlar yayıblar.

Bəyanatlarda mədənçilərin aksiyasına dəstək verilib, vətəndaşlardan azərbaycanlı etirazçılara arxa durmaq istənilib.

Adı çəkilən qurumların rəsmi veb saytlarında tətil aksiyasının səbəbləri və baş verən həbslər geniş şərh edilib.

“Haqqı uğrunda ayağa qalxan Süngün mis mədəni işçilərinə salam olsun. Repressiv qüvvələrdən istifadə edərək haqları tapdalanmış fəhlələri döyüb həbs edən molla rejiminə ayıb olsun. İşçilərin haqlı səsini susdurmaq olmaz. Gənclərdən məzlum işçilərə dəstək vermələrini istəyirəm.
İstəyirəm ki, ümumi həmkarlar ittifaqı və müvafiq beynəlxalq təşkilatlar rejimin işçilərə qarşı repressiv və soyğunçu siyasətini pisləsinlər, işçilərin tətil və etirazlarını dəstəkləsinlər, həbsdə olan işçilərin azadlığa buraxılmasını tələb etsinlər”-deyə, mərkəzi qərargahı Albaniyada yerləşən İranın ana müxalifət təşkilatının başçısı özünün sosial media hesabında paylaşım edib.

Related Articles

Bir cavab yazın

Back to top button