İran

İran xarici işlər naziri Moskvaya səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın Moskvaya səfərini şərh edən İran mediası Rusiya ilə əlaqələrin günü-gündən genişləndiyini və indi müzakirə ediləcək daha çox mövzuların olduğunu yazıb.

Hüseyn Əmirabdullahian çərşənbə günü Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini açıqlayaraq, Moskvaya səfərinin əsas məqsədinin Tehranın müraciəti əsasında Ukraynadakı böhranı həll etməyə çalışmaq olduğunu iddia edib.

İranın Moskvadakı səfiri Kazim Cəlali mediaya verdiyi açıqlamada İran xarici İşlər Nazirinin Rusiyaya səfərinin təfərrüatlarını açıqlayıb.

“Regional məsələlərdə növbəti məqam Əfqanıstan, Suriya və Qərbi Asiya məsələləri ilə bağlıdır. Bu baxımdan İran İslam Respublikasının oynadığı mühüm rolu və Rusiyanın terrorla mübarizədə oynadığı rolu da nəzərə almaqla iki ölkə arasında danışıqların intensivliyini artırmaq lazımdır”-deyə, Cəlali bildirib.

Səfir, başqa sahələrdə, o cümlədən, pul-kredit, bank, logistika, dəniz əməkdaşlığı və Xəzər dənizi ilə bağlı müzakirə olunası çox məqamların olduğunu və bunlar barədə orqa mövqein iki ölkə arasında münasibətlərin mümkün qədər inkişaf etməsinə ciddi kömək edəcəyini qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi İran XİN rəhbərinin Moskvaya səfəri ərəfəsində yaydığı bəyanatda “Qərbin düşməncəsinə hərəkətlərinə baxmayaraq, İran və Rusiya arasında əməkdaşlığın davam edəcəyini” deyib.

Related Articles

Bir cavab yazın

Back to top button