İran

İran XİN Albaniyanın Tehranla diplomatik əlaqələri kəsmək qərarını pislədi

İranın Xarici İşlər Nazirliyi bəyanat yayaraq Albaniya dövlətinin İranla diplomatik əlaqələri “iyul ayında İranın geniş kiberhücumu” səbəbilə kəsmək qərarına reaksiya verib.

Bəyanatda bu addımın “anti-İran” olduğu qeyd edilərək iddia edilir: “İran İslam Respublikasının çoxtərəfli və beynəlxalq forumlarda kiberməkan sahəsində prinsupial mövqeyi qaydaların formalaşdırılması və bu sahənin nizamlanması ilə uyğundur. İran İslam Respublikası özünün kritik infrastrukturuna kiberhücumların hədəfi olan ölkələrdən biri kimi kiberməkanda digər ölkələrin kritik infrastrukturuna hücum vasitəsi kimi istifadəsini rədd edir və pisləyir”

Related Articles

Bir cavab yazın

Back to top button