İran

İran Yazıçılar Birliyi: “Qiymətlərin artırılması yalnız qarətçi azlığın xeyrinədir”

İranın Yazıçılar Birliyi rejim tərəfindən gündəlik təlabat mallarının qiymətlərinin artırılmasını pisləyən bəyanat yayıb.

Birlik bu qərarı ölkə əhalisinin əksəriyyətini təşkil edən yoxsul təbəqənin ziyanına, azlıq təşkil edən hakim təbəqənin isə xeyrinə adlandırıb.

Bəyanatda İran rejiminin 2019- cu ildə benzinin qiymətlərini qaldırması və bunun guya xalqın xeyrinə olması barədə propaqandası, eləcə də həmin vaxt etiraza qalxan xalqa qarşı törətdiyi qırğınlar da xatırladılıb.

Yazıçılar Birliyi ərzaq məhsullarının bahalaşmasına qarşı etirazlara dəstək nümayiş etdirərək bunun xalqın təbii və sorğu-sualsız haqqı olduğunu vurğulayıb.

Bəyanatın sonunda rejim tərəfindən internetin kəsilməsi, senzura, etirazların vəhşicəsinə yatırılması və xalqın qətliam edilməsi kimi hallar qətiyyətlə pislənilib.

Related Articles

Bir cavab yazın

Back to top button