İran

İran yenidən Ermənistanın müdafiəsinə qalxdı: “Ermənistanın sərhədləri dəyişdirilə bilməz”

İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri yenidən anti- Azərbaycan mövqeyi ilə "zühur edib"

“Aznews tv”nın xəbərinə görə, səfir bildirib ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri “dəyişdirilə bilməz” və bütün ölkələr Ermənistanın “suverenliyinə hörmət etməlidir”.

“Biz kommunikasiya yolları ətrafında dəhlizlərin (Zəngəzur dəhlizi- red.) açılmasına dair səsləndirilən fikirləri qəbul etmirik və düşünürük ki, Ermənistan ərazi bütövlüyünü qorumalıdır”, – deyə Zühuri ölkəsinin Qərbi Zəngəzur (Sünik- red.) bölgəsində açacağı konsulluq barədə danışarkən iddia edib.

Ermənistan hamisindən daha çox, qatı erməni kimi davranan İran və onun səfiri Zəngəzur vilayətinin yaxın keçmişdə Azərbaycanın tarixi torpaqları olmasına dair faktlara isə münasibət bildirə bilməyib. Görünür, Tehran 44 günlük müharibədə darmadağın olan Ermənistanın keçmiş himayədarlarını əvəz etmək niyyətindədir, sonu başdan məlum olsa belə.

Related Articles

Bir cavab yazın

Back to top button