İran

İran yeraltı nöqtədən ballistik raketlər atdı

Sipah yerin dərinliklərindən ballistik raketlərin atıldığını açıqlayıb. Sipahın Hava-fəza Qüvvələrinin fərmandehi Əmirəli Hacızadə bildirib ki, bu gün Sipahın Dəniz Qüvvələri ilə birlikdə keçirilən ” Peyğəmbər-14″ manovr zamanı dünyada ilk dəfə olaraq yerin dərinliklərindən ballistik raketlər atılıb. Sipah News-un verdiyi məlumata görə, o, “manovr zamanı ilk dəfə Tad sistemini yerləşdirdik və onu anti-radar raketlərlə hədəf aldıq. Habelə Sipahın Hava-fəza Qüvvələrinə aid döyüş pəhpadları uzaq fasilədən öncədən bəlli edilmiş hədəfləri, xüsusən də Amerikanın uçaq daşıyan navının maketinin fərmandehlik körpüsünü dəqiq hədəf alıb”, – deyə məlumat verib. “Bu manovrda Sipaha aid Suxoy- 22 qırıcıları qanadlı raketlərlə uzaq fasilədən qısa hədəfləri vuraraq məhv edib”, – deyə Hacızadə artırıb. Bildirək ki, bu manovr dünən səhər Xəlic və Hörmüz boğazının ümumi bölgəsində başlayıb və hal-hazırda davam edir.  Amerika-İran arasında gərginlik yüksək olsa da, Hörmüz Boğazında isti hadisələr yaşandı … Boğazdakı manovr əsnasında həqiqi ölçülü Amerika uçağ gəmisinin bir modelindən istifadə etdi. Tam gücü ilə gəmiyə hücum edən İran navqanının bu hərəkəti Amerikanı ayağa qaldırdı. Bölgədəki Amerika nizamiləri şiddətli olaraq hərəkətə geçmələrinə səbəb oldu.

Related Articles

Bir cavab yazın

Back to top button