İran

İran zindanlarında 6 məhbus edam edilib

İnsan haqları təşkilatların onlardan birinin qadın olduğunu bildiriblər.

İranın Sənəndəc, Bəm, Rəşt və Kərəc şəhərlərinin zindanlarında biri qadın olmaqla 6 məhbus edam edilib.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, Sənəndəc zindanında Heyva Əhmədi, Pəyam Yəzdani və Abdullah Rəhimi adam öldürməkdə ittiham olunduqları üçün edam ediliblər.

Bununla yanaşı Kirman əyalətinin Bəm şəhərində Məhəmmədrza Şeyhəki adlı məhkum qətl ittihamı ilə dar ağacından asılıb.

Gilan əyalətinin Rəşt şəhərinin zindanında isə kimliyi “M.F” kimi qeyd edilən 27 yaşlı məhkumun SEPAH məmurunu öldürdüyü üçün edam edilib.

İnsan haqları təşkilatının verdiyi başqa bir məlumatda Kərəc şəhərinin Rəcayişəhr zindanında Əfqanistan vətəndaşı olan Sənubər Cəlalinin barəsində çıxarılan edam hökmünün icra edildiyini bildirib.

Əfqanistan vətəndaşının nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.

İran rəsmiləri və mediası adı çəkilən şəxslərin edamı ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı və Əbdürrəhman Borumənd Fondu cari ilin ilk 6 ayı ərzində İranda 251 nəfərin edam edildiyini bildirib.

Sözügedən təşkilatlar ölüm hökmlərinin belə sürətlə artacağı təqdirdə bu il edamların sayının ötən il qeydə alınmış 314 edam sayını geridə qoyacağı ilə bağlı xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button