İran

İran zindanlarında daha 4 məhkum edam edilib

Onlar qətl və narkotik maddələrin alverində ittiham olunublar.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Zəngan, Nişabur və Qum şəhərlərinin zindanlarında adam öldürmək və narkotik maddələrin satışında günahlandırılan 4 nəfər edam edilib.

İnsan haqları təşkilatı Hamid Dehqan Məngabadi, Rza Qaralu, Əliməhəmməd Səidi və Sadiq Əfkəndə adlı şəxslərin asılaraq həyatlarına son qoyulduğunu bildirib.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button