İran

İran zindanlarında daha iki məhbus öldürülüb

Onların müalicəsinə imkan verilmədiyi üçün həyatlarını itiriblər.

İran İnsan Haqları Təşkilatı Kərəc və Bircənd şəhərlərinin zindanında saxlanılan daha iki məhbusun müalicəsinə imkan verilmədiyi üçün həyatlarını itirdiklərini barədə xəbər yayıb.

Təşkilatın yaydığı məlumatda Bircənd zindanında saxlanılan Gülağa Naruyi adlı məhkumun ürək çatışmazlığına baxmayaraq müayinə və müalicəsinə icazə verilmədiyi üçün dünyasını dəyişdiyi qeyd olunub.

Bununla yanaşı Kərəc zindanında məhkumluq dövrünü keçən Cavad Əmirxani Tusi adlı başqa bir məhbus zindanın tibb məntəqəsinə müraciətlərinə baxmayaraq ounu müalicəsindən imtina edildiyinə, dərman preparatları verilmədiyinə görə ölüb.

Aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

“İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb”-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button