İran

İran zindanlarında koronavirusla ilgili durum acınacaqlıdır

İran zindanlarında koronavirus mərizliyi ilə bağlı durum əvvəlkindən də pisdir. Bu barədə “Əbdürrəhman Burumənd” bünyadı rapor yayımlayıb. Rapora görə, İran məqamları zindanlarda koronavirusa tutulanların və qurbanların sayını gizlədir. Koronavirusun aqustda izdihamlı, köhnə və qeyri-sağlam şəraitdə olan zindanlarda kəskin yayıldığı bildirilib.
Raporda məhbusların tutumundan iki-üç qat çox bəndlərdə saxlanılması, pulsuz yuyucu maddələr və isti suyun tocih edilməz çatışmazlığı məsələsi də qeyd olunub. Habelə bəndlərin və zindanın ümumi alanlarının zidd-ufuni edilməsinə dair tədbirlərin görülməməsi kimi problemlərə işarə edilib. İran məqamları ölkədə koronovirusun yayılmasından sonra 100 min məhbusun mürəxəsiyə göndərildiyini açıqlayıb. Burumənd bünyadı, bu qərarın məhbusların ordibeheştdə mürəxəsidən qayıtmalarından sonra gündəlikdən çıxarıldığını vurğulayıb. “İran məqamları zindanda cəza çəkən məhbusların sayının uyğun şəkildə azaldılmasında qüsurlara yol verib. Habelə qabaqlayıcı tədbirlər görməyib”,-deyə raporda bəyan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button