![](https://www.aznews.tv/wp-content/uploads/2024/05/msg-1001850276670-22988-780x470.jpg)
Avstraliya hökuməti maliyyələşdirmə ilə bağlı bəyanatında İran hökumətinin husilərə dəstək verməsinə toxunub.
Bildirilib ki, Tehran husi hərəkatını silahlandırdığını dəfələrlə inkar etsə də, əhəmiyyətli dəlillər göstərir ki, İran bu qruplaşmaya birbaşa logistika, informasiya, silah və maliyyə dəstəyi verir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının 2018-ci ilin iyul ayında verdiyi hesabatda husi qruplaşmasının İran istehsalı olan silahlara “oxşar xüsusiyyətlərə malik” ballistik raketlər və pilotsuz təyyarələrlə silahlandığı göstərilir.