Bu barədə Türkiyənin Yüksək Öyrətim Qurumuna istinadən “Türkiye” qəzeti məlumat yayıb.
Bildirilib ki, İranın Azad İslam Universitetinə bağlı olan El-Mustafa Universitetinin əsas qayəsi şiyəçilik, fars dilinin təbliği və inkişafı olub.
“Türkiye” qəzeti məsələ ilə bağlı xəbəri “İran casusu yetişdirən Universitetə izin yox” başlığı ilə paylaşıb.
Universitetlə bağlı qərar bir çox qurumlar, ziyalılar və Türkiyədə yaşayan güney azərbaycanlı fəallar, habelə Tehran hökumətinə müxalif iranlılar tərəfindən alqışlanıb.
#İran