Azərbaycanİran

İrana demokratiya tələb edən aktivistlər İranın Azərbaycan Respublikasına təzyiqini qınayıblar

Əlbürz Əyalətinin aktivistləri bəyanat nəşr edərək İran hakimiyyətinin Azərbaycan Respublikasına təzyiq və müdaxilə cəhdini qınayıblar.

“Biz Əlbürz Əyalətinin demokratiya tələb edən aktivistləri olaraq İranın qonşu ölkələrə hər hansı hərbi və qeyri-hərbi müdaxiləsini qınayırıq. Hakimiyyət öz sərhədlərindən kənar gərginlik törətmək əvəzinə daxili iqtisadi böhranları qaldırmalı, tənqid edən müxaliflərin səsini boğmamalı, cinsi və milli azlıqlar barədə ayrı-seçkiliyə son qoymalıdır”, – deyə bəyanatda bildirilib.

Bəyanatda, həmçinin İranın işğalçı Ermənistanı dəstəkləməsi qınanılıb.

“Azərbaycan Respublikasının torpaqlarını işğal etmiş Ermənistana hakimiyyət tərəfindən dəstək verilməsi işğalçı dövləti dəstəkləmək hesab olunur və etika baxımdan da qəbulolunmazıdır.

Belə ki, Azərbaycan Respublikası müsəlman qonşudur və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar İranda yaşayan 10 milyonlarla azərbaycanlının qan qardaşları hesab olunurlar”, – deyə İranın Azərbaycanla sərhədlərə hərbi texnika yeritməsi və Ermənistanı dəstəkləməsi qınanılıb.

Qeyd edək ki, Əlbürz Əyalətinin mərkəzi Kərəc şəhəri olmaqla əhalisinin əksəriyyəti Güney Azərbaycan və İran türkləridir.

Related Articles

Bir cavab yazın

Back to top button