İran

İrana mal idxalı 24 faiz azalıb

İrana bu ilin 9 ayında edilən mal varidatı ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 24 azalıb. Bu da 3 milyard 500 milyon dollarlıq azalma olduğunu göstərir. Məsələ ilə bağlı İran gömrüyünün fənni müavini Mehrdad Cəmali Ərvəngi açıqlama verib. O, bildirib ki, azər ayının sonuna qədər ölkəyə 8 milyard dollarlıq mal varid olunub. Ötən ilin eyni dövründə isə 11 milyard 529 milyon dollar dəyərində mal varidatı qeydə alınıb. Cəmali azalmaya səbəb kimi ölkəyə gətirilməsi istənilən malların növünün dəyişməsini qeyd edib. Dey ayının 13-nə qədər İran gömrüklərində qalan malların çəkisi 4 milyon 54 min tona çatıb. Hazırda ölkə limanlarında 248 ton buğda, 2 milyon 84 min ton məkə, 253 min ton arpa, 435 min ton soya, 101 min ton düyü, 156 min ton şəkər, 400 min ton xam yağ və 379 min ton yağlı dənələr var. Cəmali bildirib ki, dövlət malların gömrükdən çıxarılması üçün ucuz dollar verməlidir. Bildirək ki, İran dövləti tümənin dollar qarşısında dəyərinin düşməsindən sonra bir sıra təməl ehtiyacların qiymətini aşağı saxlamaq üçün 4 min 200 tüməndən dollar verir. Bu müddətdə çoxlu fəsad baş verib. Belə ki, bir sıra insanlar təməl ehtiyac adı ilə aldığı ucuz dolları başqa növ malların ticarətində istifadə edib. Bu durum bahalaşmanın əsas səbəblərindən biri kimi bilinir.

Related Articles

Bir cavab yazın

Back to top button