İran

İrana silah sanksiyalarının uzadılması ilə ilgili qətnamə

Amerika gələn həftə İrana qarşı silah təhriminin uzadılmasına dair qətnaməni Əmniyət Şurasına önərəcək. Bunu Amerikanın xarici işlər vəziri Mayk Pompeo çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib. O, vurğulayıb ki, Yəmən münaqişəsinin böyük bir qisməti İranın husilərə qanunsuz silah göndərməsindən qaynaqlanır. İrana qarşı silah təhriminin müddəti isə bu ilin mehr ayında başa çatacaq.
Qeyd edək ki, Amerika 2018-ci ildə Bərcamdan çıxıb və artıq razılaşmanın tərəfi sayılmır. Bu səbəbdən ölkə Vaşinqton Əmniyət Şurası vasitəsi ilə İrana qarşı təhrimləri genişləndirmək niyyətindədir.
Siyasi müşahidəçilər isə bu addıma Rusiya və Çinin qarşı çıxacaqlarını təxmin edirlər.
“Əgər bu şura terrorizminin bir nömrəli himayətçisinə azad şəkildə silah almaq və satmaq üçün icazə verərsə, öz vəzifəsini tamamilə gülünc vəziyyətinə qoymuş olacaq”, – deyə Mayk Pompeo bildirib. Habelə o, Amerikanın düzgün addım atacağını vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button