İran

Əli Mütəhəri: İran ehtiyaclar səbəbindən zülmə göz yumur

Son dövrlər Çin hökümətinin müsəlmanlara qarşı etdiyi “cinayətlər”ə İran hökümətinin səssiz qalması məsələni gündəm mövzusuna çevirib. Belə ki, İran Məclisinin keçmiş üzvü Əli Mütəhərri baş verənlərə münasibətini bildirib. Onun sözlərinə görə, məsələyə İranın əksüləməl verməməsinin başlıca səbəbi “iqtisadi ehtiyac”dır. O, “Əsre İran” saytına verdiyi müsahibədə İran hökumətinin “laqeydliyinə” işarə edib. Keçmiş millət vəkili bildirib ki, Çin hökuməti müsəlmanları Çin dilini öyrənməyə və yalnız Çin dilində danışmağa, yazmağa, öz yerli dillərindən istifadə etməməyə məcbur edir. Habelə “Çin onları İslam fərhəngindən uzaqlaşdırmaq niyətindədir”, – deyə Əli Mütəhəri əlavə edib.
Qeyd edək ki, Sin Kyanqda bir çox məscidlər sökülüb və dini mərasimlərin keçirilməsinə icazə verilmir. Keçmiş dövlət rəsmisinin sözlərinə görə, hətta uyğur əhalisinin sayının artmaması üçün xanımları qısırlaşdırırlar.
Xatırladaq ki, son bir neçə gündə Əli Mütəhərinin Çindəki müsəlmanların vəziyyəti ilə bağlı iki tviti siyasətçilər arasında və mətbuatda geniş bəhslərə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button