Bu barədə Əfqanıstanın “8 Sünh” qəzeti məlumat yayıb.
Qəzetin bildirdiyinə görə, həyatını itirən şəxslər işləmək üçün İrana gedən əfqanlar olublar və onların bir çoxu etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülüblər.
Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.
İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.