Millət vəkilləri isə qarşıdakı aylarda rəsmi inflyasiyanın 60%-ə və bəlkə də daha çox olacağına dair proqnozlar veriblər.
Yanvarın 30-da “Həm Mihən” qəzeti ölkədə qida çatışmazlığının artması və süd məhsullarının istehlakının dünya ortalamasının yarısına enməsi barədə məlumat yayıb.
“İranda süd məhsulları istehlakı dünyada adambaşına düşən orta istehlakın təxminən yarısına düşüb.
Qırmızı ətin vətəndaşların menyusundan çıxarılması və ya azaldılması ailənin və yeni dünyaya gələn uşaqların sağlamlığını təhlükə altına qoyur.
“İranda altı yaşınadək uşaqların təxminən 16%-i qida çatışmazlığından əziyyət çəkir.
Böyüməkdə olan 800 min uşaq enerji və protein çatışmazlığı çatışmazlığı ilə üzləşib”,-deyə, qəzet yazıb.
İran parlamentinin Sənaye Komissiyasının üzvü Mürtəza Hüseyni yanvarın 30-da məsələ ilə bağlı verdiyi açıqlamada yaxın vaxtlarda ərzaq mallarında 60% inflyasiyanın gözlənildiyini bildirib.