Dünyaİran

İranda əfqanlar metroya buraxılmır

İranda bu ölkədə yaşayan Əfqanıstan vətəndaşları və qaçqınlarına qarşı təzyiqlər yenidən artıb.

İranda, xüsusən Tehranda yaşayan əfqanıstanlı qaçqınların metrodan istifadəsinə icazə verilmir.

Əfqanıstanlı qaçqınlar bildirirlər ki, bir çoxunun İranda dünyaya gəlməsinə baxmayaraq onlar adi xidmətlərdən məhrumdurlar və adicə metro kartı ala bilmirlər.

Gediş biletləri və kartları elektron formada satıldığı və əfqanistanlıların bank hesabı açmaları qadağan olduğu üçün onlar başqalarının kartından istifadə etməli olurlar.

Əfqanistanlı qaçqınlar İranda davamlı olaraq təzyiq və ayrı-seçkiliklərə məruz qalrlar.

Bir neçə gün öncə tehranın “Bamlənd” əyləncə və istirahət mərkzində əfqanistanlıları qəzəbləndirən baner asılıb.

“Bamland  kompleksinin mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, İran vətəndaşlarının rahatlığı üçün əfqanların bu kompleksə girişi qadağandır”,- banerdə yazılıb.

Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

İki həftə əvvəl İran-Əfqanistan sərhəddində 11 yeniyetmə əfqanistanlı öldürülüb, ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanıstanlının meyiti vətənlərinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button