İran

İranda ərzaq məhsulları kəskin bahalaşıb

İranda əsas ehtiyac mallarının qiymətləri kəskin bahalaşıb. Bu durumla ilgili Qərbi Azərbaycan ustanının mərkəzi Urmu şəhər əhalisinin nigaranlığı artıb. İranda əsas mal və məhsulların qiymətləri ölkədə dolların artması ilə eyni vaxtda bahalaşıb. Urmuda sünnəti süd məhsulları mağazasının sahibi durumla ilgili danışıb: “Adi “Liqvan” pendirinin hər kiloqramı ilin əvvəlində 45 min tümənə başa gəlirdi. Bu gün isə müştəriyə təqribən 100 min tümənə satılır. Bahalaşmanın səbəbini soruşduqda toolidçi bir neçə səbəb, o cümlədən dolların bahalaşmasını qeyd edir. Müştərilərin bir çoxu süd məhsulları, yağ və xamanın qiymətinin bahalaşması nəticəsində ərzaq səbətlərinin azaldığını bildirir. Bəlkə də inanmayacaqsınız, amma bəzi müştərilərimiz öncələr həftədə üç-dörd dəfə bizdən alış-veriş edirdilər. İndi yalnız ayda iki dəfə mağazaya gəlirlər”.

Related Articles

Bir cavab yazın

Back to top button