İran

İranda ərzaq mallarının qiyməti 10 qat bahalaşa bilər

İranın tanınmış iqtisadçı mütəxəssisi Ehsan Sultani yeni günəş ilində ölkədə ərzaq mallarının qiymətinin 10 qata bahalaşacağı barədə xəbərdarlıq edib.

O, son 5 il müddətində İranda bir çox məhsulların dəyərinin dəfələrlə artdığını deyərək, hazırkı hökumətin qeyri-peşəkar siyasətləri nəticəsində bu il daha ağır iqtisadi şərayitin hakim olacağının qaçılmaz olduğunu söyləyib.

“Əsas element kimi neft və enerji qiymətlərinin artması ilə ABŞ və digər ölkələrdə inflyasiya yüksəlir. Dolların real dəyəri aşağı düşür ki, bu da xammal və ərzaq məhsullarının qlobal və daxili qiymətlərinə birbaşa təsir göstərəcək”-deyə, ekspert bildirib.

Ehsan Sultani cari ilin sonuna kimi İranda dolların məzənnəsinin daha çox yüksələcəyini və bunun ölkənin bütün iqtisadi sahələrinə mənfi təsir göstərəcəyini düşünür.

Onun dediyinə görə, hazırkı bahalıq və inflyasiyanın səviyyəsinə görə, İranda əmək haqlarının 300% qaldırılacağı təqdirdə də əhalinin məişət problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması mümkün olmayacaq

Related Articles

Bir cavab yazın

Back to top button